Bank Of Baku

«Azfinansbank» cari ilin ilk rübündə 100 min manat gəlir əldə edib

«Azfinansbank» cari ilin ilk rübündə 100 min manat gəlir əldə edib
# 01 iyun 2009 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın yeni yaradılan «Azfinansbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin aprel ayının 1-nə 10,563 mln. manat təşkil edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrünün sonuna bankın depozit portfeli 0,282 mln. manat, məcmu kapitalı 9,762 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat olub.

Bu müddət ərzində bankın ümumi gəlirləri 0,093 mln. manat, ümumi xərcləri isə 0,332 mln. manat təşkil edib. Nəticədə, bank bu ilin ilk rübünü 0,238 mln. manat zərərlə başa vurub.

Xatırladaq ki, bu ilin aprel ayının 1-nə bankın işçilərinin sayı 79 nəfər, orta aylıq əmək haqqı isə 101 manatdır.

Qeyd edək ki, «Azfinansbank» Səhmdar Kommersiya Bankına (SKB) bank fəaliyyəti ilə bağlı lisenziya Azərbaycan Mərkəzi Bankı tərəfindən 2008-ci ilin noyabrın 30-da verilib. Bu ilin fevral ayının bank rəsmi fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR