Bank Of Baku

«Bank of Azerbaijan» müştərilərə «Rahat Depozit» adlı yeni məhsul təqdim edib

«Bank of Azerbaijan» müştərilərə «Rahat Depozit» adlı yeni məhsul təqdim edib
# 01 iyun 2009 10:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» bu gündən etibarən «Rahat Depozit» adlı yeni əmanət məhsulunu təqdim edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni depozit üzrə müddət ən azı bir il, faizlər isə illik 14% olmaqla depozitin tam məbləğinə hesablanır.
Yeni depozit məhsulunun şərtlərinə görə, müştəri depozit üzrə faizləri hər ay götürə bilər. Həmçinin, bu məhsul üzrə əmanətin 30, 50 və ya 70% həcmində kredit xətti də açılır və kredit xətti üzrə faiz dərəcəsi 12%-dən başlayır.
Qeyd edək ki, «Rahat Depozit» haqqında ətraflı məlumatı www.bank.az saytından və ya 175 qısa nömrəsi vasitəsilə Məlumat mərkəzi ilə əlaqə saxlamaq olar.
Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir.
Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 117,086 mln. manat, depozit portfeli 49,990 mln. manat, kredit portfeli 89,549 mln. manat, məcmu kapitalı 20,245 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
Bankın respublika üzrə 18 filialı, 23 bankomatı və 106 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR