Bank Of Baku

MBASK Azərbaycanda ilk dəfə olaraq «Bankassurance» layihəsinin icrasına başlayıb

MBASK Azərbaycanda ilk dəfə olaraq «Bankassurance» layihəsinin icrasına başlayıb
# 01 iyun 2009 10:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda ilk dəfə olaraq MBASK sığorta şirkəti sığorta məhsullarının bank satışları üzrə «Bankassurance» layihəsinin icrasına başlayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi sığorta məhsullarının satış prosesinə bankın əməkdaşlarının cəlb edilməsi ilə satışların təşkil olunmasıdır.

İndi sığorta polisi əldə etmək və ya sığorta olunma məsələləri üzrə məsləhət almaq istəyən hər bir müştəri bankın maliyyə məsləhətçisinə müraciət edə bilər. Bu layihə «Unibank»ın bütün filialları vasitəsi ilə həyata keçirilir.

Qeyd edək ki, artıq «Unibank»ın maliyyə məsləhətçiləri «Bankassurance» proqramına aid xüsusi treninqdə sığorta şirkətinin məhsullarını öyrənərək sığorta olunma məsələləri üzrə sertifikatlaşdırılıblar.

MBASK sığorta şirkətinin Satış Departamentinin direktoru Kamran Bağırovun sözlərinə görə, bu satış mexanizminin Azərbaycanda tətbiqi sığorta şirkətləri və banklar üçün olduqca perspektivlidir. «Bu cür əməkdaşlığın beynəlxalq təcrübəsi təqdirəlayiqdir. Belə ki, Avropada bəzi banklarda sığorta məhsullarının satışından əldə edilən gəlir bu bankların məcmu gəlirinin 15%-dən artıq hissəsini təşkil edir. Azərbaycanda bank sahəsinin sürətli inkişafı bu satış mexanizminin tətbiq olunması üçün ilkin əsaslar yaradıb. Fikrimcə, məhz bank filiallarının geniş filial şəbəkəsi vasitəsi ilə həyata keçiriləcək bank sığortasının inkişafı bütövlükdə sığorta bazarında sonrakı inkişaf üçün əlavə impuls verəcək», - deyə K.Bağırov bildirib.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir.

Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR