Bank Of Baku

«Texnikabank» müştərilərə yeni kart təqdim edib

«Texnikabank» müştərilərə yeni kart təqdim edib
# 01 iyun 2009 13:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) müştəriləri üçün özünün yeni bank məhsulunu - brilliant qaşlı kartlarını təklif edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kartlar «MasterCard» ödəniş sisteminin kredit məhsulu olan «Gold» kartlarıdır.

Bankdan bildirilib ki, «Gold» kartları bankın VIP müştərilər üçün nəzərdə tutulub.

Xatırladaq ki, «Texnika Bank» SKB 1993-cü ildən fəaliyyət göstərir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 431,483 mln. manat, depozit portfeli 129,811 mln. manat, kredit portfeli 334,768 mln. manat, məcmu kapitalı 57,795 mln. manat, o cümlədən nizamnamə kapitalı 26,912 mln. manat təşkil edib.

Bankın respublika üzrə 16 filialı, 47 bankomatı və 338 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR