Bank Of Baku

Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib
# 01 iyun 2009 15:15 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihəsi müzakirə edilib. Komitə sədri Ziyad Səmədzadə bildirib ki, sənəd prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olub. Z. Səmədzadə bank olmayan kredit təşkilatlarının beynəlxalq təcrübəsindən, bu sahədə ölkədə müşahidə olunan irəliləyişdən danışıb.
Komitə sədrinin müavini Çingiz Əsədullayev 25 maddədən ibarət olan sənədin maliyyə resurslarının düzgün tənzimlənməsində, regionların inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib.
İclasda, həmçinin “Mühasibat uçotu haqqında” qanunun qüvvəyə minməsi barədə Milli Məclisin 1995-ci il 24 mart tarixli 999 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə” sənədə münasibət bildiriblər.
İclasın sonunda hər iki sənəd Milli Məclisin müzakirəsinə tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR