Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, depozit məhsullarını təkmilləşdirərək bank yeni əmanət üzrə bütün faizləri depozit müqaviləsinin rəsmiləşdirilməsindən dərhal sonra ödəyir.
Bundan başqa, «Faizlər əvvəlcədən» əmanət sahibinin hər birinə «İmprotex Travel» və «BCD Travel» turoperatorlarında 10%-ə qədər endirim təqdim olunur.
ƏMANƏTİN MÜDDƏTİ | AVANSIN ÖDƏNİLMƏSİ ZAMANI FAİZ DƏRƏCƏLƏRİ, illik %-lə | ||
AZN | USD | EUR | |
6 ay | 11,3 | 11,3 | 7,5 |
12 ay | 12,0 | 12,0 | 9,0 |
Vəsaitlərin əlverişli şərtlərlə yerləşdirilməsi ilə bərabər bank əmanətçilərə açdıqları depozit məbləğinin 50% qədəri həcmində güzəştli kredit xəttinin alınması imkanı verir. Bu halda bankın müştərilərinə «Visa Classic» və yaxud «MasterCard Standard» növlü pulsuz plastik kart təqdim olunur. Təqdim olunan kredit xətti üzrə faiz dərəcəsi isə «əmanət üzrə dərəcə+3%» təşkil edəcək.
Əmanət məbləği 25 000 manatdan (və ya bu məbləğin ekvivalentini) yuxarı olduğu təqdirdə, hədiyyə olaraq bank tərəfindən MBASK sığorta şirkətinin «Travel Insurance» sığorta polisi verilir.
Qeyd edək ki, «Faizlər əvvəlcədən» əmanəti üzrə maksimal məbləğ məhdudiyyəti yoxdur.
Xatırladaq ki, bu əmanət kampaniyası bankın iyun ayının 1-dən həyata keçirdiyi yeni «Bahooo» kommunikasiya konsepti çərçivəsində təqdim olunan ilk xidmətidir.
Bu konseptin əsas məqsədi müasir PR və reklam alətləri vasitəsi ilə bank tərəfindən göstərilən xidmətlərinin hər bir müştəri üçün maraqlı etməkdir.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir.