Aşağıdakı cədvəldə ölkədəki bankların nizamnamə kapitalının 2009-cu il aprel ayının 1-nə olan həcmi barədə məlumat verilir:
Banklar | Nizamnamə kapitalı (Mln. AZN) | |
1 | Azərbaycan Beynəlxalq Bankı | 193,83 |
2 | Paşa Bank | 100,00 |
3 | Bank Standard | 64,56 |
4 | Xalg Bank | 53,55 |
5 | YapıKredi Bank Azerbaijan | 27,21 |
6 | Texnikabank | 26,91 |
7 | Kapital Bank | 24,00 |
8 | Nikoil Bank | 22,50 |
9 | AccessBank | 20,00 |
10 | Bank Avrasiya | 20,00 |
11 | Royal Bank | 19,91 |
12 | Muğan Bank | 18,00 |
13 | Turan Bank | 17,00 |
14 | Bank of Azerbaijan | 15,00 |
15 | AGBank | 15,00 |
16 | AtaBank | 15,00 |
17 | UniBank | 15,00 |
18 | NBCBank | 13,59 |
19 | Azerdemiryolbank | 13,40 |
20 | Kredo Bank | 13,04 |
21 | Əmrahbank | 12,82 |
22 | Azərbaycan Sənaye Bankı | 12,80 |
23 | Bank Respublika | 12,58 |
24 | United Credit Bank | 12,11 |
25 | Zamin Bank | 11,20 |
26 | Günay Bank | 10,89 |
27 | Azərnəqliyyatbank | 10,78 |
28 | Atrabank | 10,42 |
29 | Azərbaycan Kredit Bankı | 10,21 |
30 | Para Bank | 10,07 |
31 | Kövsər Bank | 10,02 |
32 | Azfinansbank | 10,00 |
33 | Azər-Türk Bank | 10,00 |
34 | Qafqaz İnkişaf Bankı | 10,00 |
35 | Gəncə Bank | 10,00 |
36 | Melli İran Bankı Bakı | 10,00 |
37 | Deka Bank | 9,59 |
38 | Debut Bank | 8,75 |
39 | Rabitabank | 8,50 |
40 | Bank of Baku | 6,80 |
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 46 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 40 bankın göstəricisi əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Kapitallaşmanın səviyyəsinə gəldikdə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Bu gün Azərbaycanda yalnız iki bankın - ABB və «Paşa Bank»ın nizamnamə kapitalının həcmi 100 mln. manat (124,548 mln. dollar) həddi keçib.
Cədvəldən göründüyü kimi, yalnız 4 bankın nizamnamə kapitalının həcmi 50 mln. manat həddini (62,274 mln. ABŞ dolları), daha 10 bankın kapitalı 20 mln. manat həddini (24,909 mln. ABŞ dolları) keçib.
Cədvəldə yalnız 4 bankın göstəricisi 10 mln. manat səviyyəsindən aşağıdır.