Bank Of Baku

Dolların avroya qarşı ucuzlaşması davamlı xarakteri alır

Dolların avroya qarşı ucuzlaşması davamlı xarakteri alır
# 02 iyun 2009 09:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Son günlər dünya bazarlarında müşahidə olunan dolların avroya qarşı ucuzlaşmasının davamlı xarakter alma ehtimalı artıq güclənir. “APA-Economics”in məlumatına görə, dünya valyuta bazarının iştirakçıları və analitiklərin fikrincə, enmənin ötən həftə ərzində davam etməsi dolların ucuzlaşmasının artıq tendensiya xarakteri almağını göstərir. Öz növbəsində, bu enmənin səbəbləri kimi bir sıra amillər qeyd olunur. Belə ki, investorlar arasında dünya iqtisadiyyatının bərpasının başlamasına inam nəticəsində fond bazarlarında yüksəliş baş verib ki, bu da böhran zamanı ən təhlükəsiz hesab olunan dollar aktivlərin satılmasına və əldə edilən vəsaitlərin daha riskli aktiv hesab olunan səhmlərə yönəldiləməsi ilə nəticələnir. Beləliklə, dünya iqtisadiyyatın bərpasına dair müsbət xəbərlər, müxtəlif ölkə və regionların, o cümlədən ABŞ, Avrozona və Çin iqtisadiyyatları və maliyyə bazarlarında yüksəliş dolların zəiflənməsinə xidmət edir. Eyni zamanda dünyanın xammal bazarlarında, xüsusən neft bazarında kotirovkaların artması da dollara təzyiq edərək onun məzənnəsini aşağı salır. Nəticədə, hazırda avronun məzənnəsi artıq 1,42 dollara bərabərdir ki, bu da son aylar üzrə maksimum göstəricidir.
Azərbaycanda da bu proses özünü göstərir, lakin yalnız bir tərəfdən. Ölkə iqtisadiyyatı, xarici ticarət, pərakəndə və digər hesablaşmalarda dolların rolu yüksəl olduğundan Mərkəzi Bank avro/dollar nisbətini əsasən avroya keçirir. Belə ki, dünya bazarlarında dolların avroya qarşı ucuzlaşması Azərbaycanda dolların manata qarşı ucuzlaşmasında deyil, avronun manata qarşı bahalaşmasında, yəni avro/manat rəsmi məzənnəsində əks etdirilir. Nəticədə, dollar tam sabit qaldığı halda avronun rəsmi məzənnəsi hazırda ötən il oktyabrın 1-dən ən yüksək həddə çatıb. Xatırladaq ki, iyunun 2-də dolların məzənnəsi 0,8035 manat (ilin əvvəlindən bahalaşma cəmi 0,25%), avronun məzənnəsi isə 1,1387 manat təşkil edir ki, bu da ilin əvvəlindən 2,4%, cari il ərzində martın 4-də qeydə alınmış ən aşağı məzənnədən isə 13,2% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR