Bank Of Baku

Azərbaycan Neft Fondu vəsaitlərini xarici ölkələrdə səhmlərdə yerləşdirməyi planlaşdırmır

Azərbaycan Neft Fondu vəsaitlərini xarici ölkələrdə səhmlərdə yerləşdirməyi planlaşdırmır
# 02 iyun 2009 11:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın gələcəkdə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) vəsaitlərini xarici ölkələrdə səhmlərdə yerləşdirməyi planlaşdırmır. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib. Ş. Mövsümovun sözlərinə görə, hazırda dünyada müşahidə olunan maliyyə böhranı dövründə bu məsələdə tələsmək düzgün olmazdı: «Biz bir az gözləməliyik ki, maliyyə böhranı prosesləri sabitləşsin və böhranın bazara təsiri dayansın».
Qeyd edək ki, bu ilin aprel ayının 1-nə Fondun aktivlərinin həcmi 8 721,4 mln. manata (10 863,9 mln. ABŞ dolları) bərabər olub. Bundan başqa, aprelin 1-nə ARDNF-ın investisiya portfelinin aktivlərinin 38,72%-i suveren borc kağızları, 46,18%-i agentlik və beynəlxalq təşkilatların istiqrazları, 6,19%-i depozitlər və bazar alətləri, 6,03%-i maliyyə istiqrazları, 1,8%-i isə korporativ istiqrazlar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR