Bank Of Baku

Azərbaycanın ən iri lizinq şirkətinin səhmdarlarının yığıncağı keçirilib

Azərbaycanın ən iri lizinq şirkətinin səhmdarlarının yığıncağı keçirilib
# 02 iyun 2009 12:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Joint Leasing» Azərbaycan-Britaniya şirkətinin səhmdarlarının növbəti yığıncağı keçirilib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iclasda 2008-ci il ərzində şirkətin fəaliyyəti və maliyyə göstəriciləri müzakirə edilmiş, növbəti il üzrə inkişaf strategiyası müəyyənləşdirilib.

İclasın gündəliyinə uyğun olaraq, öncə toplantı iştirakçıları tərəfindən İdarə Heyətinin hesabatı dinlənilib. Gündəliyin ikinci mərhələsində 2008-ci ilin yekunları və maliyyə hesabatlarının təsdiqi müzakirəyə çıxarılıb.

Bildirilib ki, şirkət bütün maliyyə göstəriciləri üzrə əvvəlki ilə nisbətən artım dinamikası nümayiş etdirib və bütün parametrləri üzrə ili lizinq bazarının ən böyük şirkəti kimi başa vurub.

Daha sonra yığıncaqda yaxın perspektivin əsas istiqamətləri müəyyən edilib, növbəti ildə də sabit inkişafı təmin etmək məqsədilə görüləcək tədbirlər planı müzakirə edilib. Şirkətin gələcəkdə də liderlik mövqelərini qoruyub saxlaması üçün lazımi dəstək göstəriləcəyi qeyd olunub.

Sonda yığıncağın sonuncu məsələsi kimi tədbir iştirakçıları tərəfindən 2009-cu il üzrə maliyyə proqnozları müzakirəyə çıxarılıb.

Qeyd edək ki, toplantıda şirkətin təsisçiləri - Britaniyanın «DH Leasing LTD» şirkəti və Azərbaycan Beynəlxalq Bankının nümayəndələri iştirak edib.

Xatırladaq ki, «Joint Leasing» Qapalı Səhmdar Cəmiyyəti (QSC) 14 iyun 2007-ci il tarixindən «AzeriLeasing» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir.

Şirkətin təsisçiləri sırasına Azərbaycan Beynəlxalq Bankı (47,6%) və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının «Dolphin Leasing LTD» (52,4%) şirkəti daxildir. «Joint Leasing» şirkətinin sələfi, Azərbaycanın ilk lizinq şirkəti olan «AzeriLeasing şirkəti» isə 1999-cu ildə yaradılıb.

Cari ilin aprel ayının 1-nə şirkətin lizinq portfeli 40,157 mln. manat, məcmu kapitalı 2,731 mln. manat, nizamnamə kapitalı 0,700 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR