Bank Of Baku

Azərbaycan bank sistemində vaxtı keçmiş kreditlərin həcmi kəskin artır

Azərbaycan bank sistemində vaxtı keçmiş kreditlərin həcmi kəskin artır
# 02 iyun 2009 13:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 2009-cu ilin mayın 1-nə 200,8 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 92,7 mln. manat və ya 85,8% çoxdur. Eyni zamanda vaxtı keçmiş kreditlərin həcmi ilin əvvəlindən 41 mln. manat və ya 25,7% artıb.
Qeyd edək ki, mütləq rəqəmlərdə vaxtı keçmiş kreditlərin artması ilə yanaşı, bank-kredit sistemini xarakterizə edən əsas göstəricilərdən olan vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi üzrə də kəskin artım müşahidə olunur. Belə ki, ötən ilin mayın 1-nə bu rəqəm 2,1%, cari ilin əvvəlinə 2,2% təşkil edibsə, mayın 1-nə artıq 3,2%-ə bərabərdir ki, sonuncu dəfə bundan daha yüksək olan göstərici yalnız 2007-ci ilin mayında müşahidə olunub.
Dünya praktikasında adi vəziyyətdə bank sisteminin vaxtı keçmiş kreditlərin ümumi kredit portfelinin 5%-dək olması qənaətbəxş hesab olunur. Lakin hazırkı böhran vəziyyətində bu göstərici daha yüksəkdir. Yəni böhran amillərini və digər, o cümlədən inkişaf etmiş ölkələrdə vaxtı keçmiş kreditlərin xüsusi çəkisinin hətta 15%-ə çatmasını nəzərə alsaq, Azərbaycan bank sistemində vaxtı keçmiş kreditlərin həcmi və ümumi kredit portfelində xüsusi çəkisinin artımı normal hal kimi qiymətləndirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR