Bank Of Baku

«Bank Respublika»nın daha yeddi əmanətçisi qızıl külçə qazanıb

«Bank Respublika»nın daha yeddi əmanətçisi qızıl külçə qazanıb
# 03 iyun 2009 08:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı (SKB) əmanətçiləri arasında uduş kampaniyasının növbəti tirajını keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tirajda bankın daha 7 əmanətçisi, əsas hədiyyəsi «Subaru Forester» olan uduş kampaniyası çərçivəsində oynanılan qızıl külçələrin sahibi olub.

Kampaniyanın qaydalarına əsasən, bankın 2 əmanətçisi hər biri 20 qram, daha 5 əmanətçisi isə hər biri 10 qram olmaqla qızıl külçələr qazanıblar.

Qeyd edək ki, kampaniyada oynanılan bütün külçələr 999,9 əyarlı və Rusiya istehsalıdır.

Kampaniyanın əsas hədiyyəsi isə «Subaru Forester» avtomobili bu ilin iyul ayının 1-də oynanılacaq. “Subaru Forester və qızıl külçələr” kampaniyasının keçirildiyi 4 ay ərzində bank müştəriləri arasında artıq 28 qızıl külçə oynanılıb.

Xatırladaq ki, kampaniyada ən azı 12 ay müddətində və 1000 manat (dollar və ya avro) məbləğində olan əmanətlər iştirak edir.

«Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Almaniyanın «DEG İnvestisiya» şirkəti və «Sparkassen-Finanzgruppe» maliyyə qrupunun üzvü «Sparkassen International Development Trust» şirkəti 28 aprel 2005-ci il tarixdən bankın kapitalının «25%+1 səhm» paketinə sahibdirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR