Bank Of Baku

Azərbaycanda kredit qoyuluşların 55 faizi manatla verilib

Azərbaycanda kredit qoyuluşların 55 faizi manatla verilib
# 03 iyun 2009 08:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşların 55,4 faizi manatla verilmiş kreditlərin payına düşür. Azərbaycan Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici valyuta ilə kredit qoyuluşları 24,6%, manatla kredit qoyuluşları isə 17,2% artıb.

AMB-nin hesablamalarına görə, qısamüddətli kreditlərin 39,6%-i, uzunmüddətli kreditlərin isə 47,1%-i xarici valyutada verilib. Milli valyutada kreditlərin 97,6%-ni banklar tərəfindən verilmiş kreditlər, qalanını isə qeyri-bank kredit təşkilatlarının verdiyi kreditlər təşkil edir. Xarici valyuta ilə verilən kreditlərin 96,6%-i bankların, 3,4%-i isə qeyri-bank kredit təşkilatlarının payına düşür.

Qeyd edək ki, banklar tərəfindən milli valyuta ilə verilən kreditlərin 28,4%-i Azərbaycan Beynəlxalq Bankın, qalanı isə digər bankların payına düşür. Banklar tərəfindən xarici valyuta ilə verilən kreditlərin 53,7%-i Beynəlxalq Bankın, qalanı isə digər bankların payına düşür.

Xatırladaq ki, Azərbaycan kommersiya bankların mayın 1-nə olan ümumi kredit qoyuluşların həcmi 6 278,4 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR