Bank Of Baku

Azərbaycan İpoteka Fondu daha 3 mln. manatlıq istiqraz yerləşdirib

Azərbaycan İpoteka Fondu daha 3 mln. manatlıq istiqraz yerləşdirib
# 28 sentyabr 2009 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) ümumi həcmi 5 mln. manat faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 3,616 mln. manat təşkil edib. Sifarişlər 100,8667% qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi emitent tərəfindən 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2016-cı ilin mayın 10-da icra olunacaq.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən AİF-in istiqrazlarının emissiya prospekti bu ilin may ayının 29-da qeydə alınıb. AİF-in istiqrazlarının ilkin yerləşdirilməsinə isə iyunun 16-da başlanılıb və bu günə kimi 30 mln. manat həcmində istiqraz hərraca çıxarılıb və tam həcmdə yerləşdirilib. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə illik 3% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR