Bank Of Baku

Venesuela hökuməti 3 mlrd. dollarlıq dövlət borcunu satır

Venesuela hökuməti 3 mlrd. dollarlıq dövlət borcunu satır
# 29 sentyabr 2009 07:30 (UTC +04:00)
Bakı – APA-Economics. Venesuela hökuməti 3 mlrd. dollarlıq dövlət borcunu satmaq qərarına gəlib. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu qərar dövlət xərclərini maliyyələşdirmək məqsədilə qəbul edilib.
Hökumət nümayəndələri bildiriblər ki, yerli investorlar üçün riskdən sığortalanma bu həftənin sonuna - oktyabrın 3-nə qədər açıq olacaq. Ümumilikdə cari ildə 15,8 mlrd. dollar borcu satmaq planlaşdırılır.
Qeyd edək ki, bu ayın əvvəlində Venesuela prezidenti Uqo Çaves ölkə iqtisadiyyatını stimullaşdırmaq üçün 4,6 mlrd. dollar borcu satmaq niyyətini açıqlamışdı. əlavə tədbir kimi isə o, ixrac əməliyyatlarında böyük həcmdə dollardan istifadəyə icazə veriləcəyini bəyan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR