Bank Of Baku

«Rabitəbank» nizamnamə kapitalını artıracaq

«Rabitəbank» nizamnamə kapitalını artıracaq
# 29 sentyabr 2009 07:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin oktyabr ayının 28-də Azərbaycanın «Rabitəbank» ASC-nin səhmdarlarının Bakıda ümumi yığıncağı keçiriləcək. «Rabitəbank»ın baş ofisindən «APA-Economics»ə verilən məlumatına görə, yığıncağın gündəliyinə bankın nizamnamə kapitalının artırılması məqsədi ilə səhmlərin yeni emissiyasının həyata keçirilməsi və təşkilati məsələlər daxil edilib. Səhmdarların ümumi yığıncağı bankın baş ofisinin inzibatı binasında keçiriləcək.

Qeyd edək ki, bankın nizamnamə kapitalı cari ilin iyul ayının 1-nə 8,5 mln. manata bərabər olub. Ümumilikdə, həmin tarixə bankın aktivləri 83,187 mln. manat, depozit portfeli 44,727 mln. manat, kredit portfeli 61,024 mln. manat, məcmu kapitalı 12,220 mln. manat təşkil edib. Cari ilin ilk yarısı ərzində bankın gəlirləri 7,487 mln. manat, xərcləri 6,804 mln. manat, mənfəəti isə 683 min manata bərabər olub.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 20 filialı, 4 mübadilə məntəqəsi, 23 bankomatı və 103 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR