Aktivlərin strukturuna gəldikdə, müştərilərə verilən kreditlərin həcmi sentyabrın 1-nə 7 296,92 mln. manat (xüsusi çəkisi 67,83%), müxbir hesablar 816,06 mln. manat (7,68%), investisiyaların həcmi 750,81 mln. manat (7,07%), nağd vəsaitlər 386,97 mln. manat (3,64%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 469,22 mln. manat (4,42%), digər aktivlər isə 995,4 mln. manat (9,37%) təşkil edib.
AMB-dən bildirilib ki, kommersiya banklarının məcmu balansında passivlər hissəsinin 81,93%-i bankların öhdəliklərinin payına düşür. Beləliklə, bank öhdəliklərinin həcmi 8 705,17 mln. manat təşkil edir ki, bu da cari ilin əvvəlindən 136,41 mln. manat və ya 1,6% çoxdur. Öhdəliklərin strukturunda 4 023,39 mln. manat depozitlər, 3 726,90 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 954,88 mln. manat digər öhdəliklərin payına düşür. Bankların məcmu kapitalı bu ilin əvvəlindən 215,5 mln. manat və ya 12,6% artaraq sentyabrın 1-nə 1 920,20 mln. manata bərabər olub.