Bank Of Baku

Azərbaycanda yalnız bir neçə şirkət yeni birja listinq qaydalarına cavab verir

Azərbaycanda yalnız bir neçə şirkət yeni birja listinq qaydalarına cavab verir
# 29 sentyabr 2009 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən yalnız bir neçə şirkət yeni birja listinq qaydalarına cavab verir və listinqdən uğurla keçə bilər. «APA-Economics»in məlumata görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib. R.Aslanlı vurğulayıb ki, bu şirkətlər ölkə iqtisadiyyatının maliyyə sektoru, telekommunikasiya sahəsi, emal və yeyinti sənayelərində fəaliyyət göstərir. Bu nəticəyə isə Dövlət Komitəsinin Bakı Fond Birjası ilə birlikdə apardığı araşdırma nəticəsində gəlinib.

R.Aslanlının sözlərinə görə, şirkətlərin listinqə daxil edilməsi bəzi üstünlüklər yaradır. Belə ki, bu halda birjanın komissiya haqları aşağı olacaq, şirkətlər ucuz və uzunmüddətli maliyyə vəsaitləri cəlb edə bilər, listinqə daxil olan şirkət təkrar cəlbetməni də daha sərfəli şərtlərlə həyata keçirə bilər və s. Eyni zamanda, listinqə daxil olunmaq üçün bir sıra tələb var ki, bu da ilk növbədə maliyyə hesabatlılığı və korporativ idarəetmənin tətbiqi ilə bağlıdır.

Digər ölkələri misal gətirən R.Aslanlı bildirib ki, ilkin mərhələdə fond birjasının listinqinə daxil edilən şirkətlərin sayı deyil, bu şirkətlərin fəaliyyət göstərdiyi sahələrdə tutduğu mövqeləri daha vacib olacaq. Qeyd edək ki, hazırda Nyu-York Birjasının listinqində 3 mindən artıq şirkət var, Türkiyədə bu göstərici 314, Macarıstanda 45, Qazaxıstanda isə 10-a bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR