Bank Of Baku

Oktyabrda «United Credit Bank»ın səhmdarlarının toplantısı keçiriləcək

Oktyabrda «United Credit Bank»ın səhmdarlarının toplantısı keçiriləcək
# 29 sentyabr 2009 10:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin oktyabr ayının 3-də Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bu barədə «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Azad İsgəndərov məlumat verib.

A.İsgəndərovun sözlərinə görə, iclasda bankın məcmu və nizamnamə kapitalının artırılması, həmçinin kredit portfelinin genişləndirilməsi ilə bağlı ayrılacaq maliyyə vəsaitinin təsdiq olunması və digər məsələlər müzakirə ediləcək. «Bankın məcmu və nizamnamə kapitalının hansı həddə çatdırılması ilə bağlı konkret rəqəm söyləmək hələlik tezdir. Çünki bu, birbaşa bankın səhmdarları tərəfindən qəbul olunacaq qərardan asılı olacaq», - deyə bankın sədri bildirib.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» SKB 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR