Bank Of Baku

Azərbaycanda bankların xarici öhdəlikləri ilin əvvəlindən 12% azalıb

Azərbaycanda bankların xarici öhdəlikləri ilin əvvəlindən 12% azalıb
# 29 sentyabr 2009 10:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi 2009-cu ilin sentyabr ayının 1-nə 1 812,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 214,3 mln. manat və ya 13,4% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bu göstərici cari ilin əvvəlindən 235,9 mln. manat və ya 11,5%, avqustun 1-dən isə 30,6 mln. manat və ya 1,7% azalıb.

Xatırladaq ki, Azərbaycandakı kommersiya banklarının xarici öhdəliklərinin maksimal həddi ötən ilin noyabrın 1-də qeydə alınıb və 2 155,2 mln. manat təşkil edib. Ümumilikdə, 2007-2008-ci illər ərzində xarici öhdəliklərin kəskin artımı baş verib. Belə ki, 2007-ci ildə bu göstərici 2,4 dəfə, 2008-ci ildə isə 2,1 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR