Bank Of Baku

Rüfət Aslanlı: «Azərbaycan fond bazarının indeksini müəyyənləşdirmək üçün korporativ qiymətli kağızlar bazarı inkişaf etməlidir»

Rüfət Aslanlı: «Azərbaycan fond bazarının indeksini müəyyənləşdirmək üçün korporativ qiymətli kağızlar bazarı inkişaf etməlidir»
# 29 sentyabr 2009 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan fond bazarının indeksini müəyyən etmək üçün ölkənin korporativ qiymətli kağızlar bazarı inkişaf etməlidir. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, ölkədə fond bazarı indeksinin hesablanması üçün müəyyən yol keçilməlidir: «Ən əsas təkrar bazarda canlı əməliyyatlar keçirilməli, ilkin bazarda da alqı-satqı olmalıdır – bazara qiymətli kağızlar çıxarılmalıdır. Müəyyən bir dayanaqlı trendlər olduqdan sonra indeksin hesablanmasına başlanıla bilər».

QKDK-nın sədri onu da bildirib ki, Azərbaycanda yeni listinq qaydalarının ilkin mərhələsində şirkətlər əvvəl listinqdən keçməlidir, daha sonra isə özlərinin qiymətli kağızlarının alqı-satqısını aparacaq: «Yerli şirkətlər öz qiymətli kağızlarının təkrar bazarda davamlılığına nail olmalıdır».

Xatırladaq ki, «APA-Economics» 2008-ci ilin dekabr ayının 1-dən etibarən müstəqil qaydada dövlət qiymətli kağızları (Maliyyə Nazirliyinin istiqrazları (AGBI) və Mərkəzi Bankın notları (ACBDI) üzrə gündəlik indekslərin hesablanmasını aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR