Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycan iqtisadiyyatına 220 mln. dollar investisiya yatıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycan iqtisadiyyatına 220 mln. dollar investisiya yatıracaq
# 29 sentyabr 2009 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycana yatıracağı investisiyaların ümumi həcmi 220 mln. ABŞ dolları təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bunu AYİB-in Bakı ofisinin rəhbəri Frensiz Delay bildirib.

Onun sözlərinə görə, cari ilin sonunadək 10 layihə üzrə Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 220 mln. dolları keçməyəcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1,5 mlrd. dollar olan 110 investisiya layihələrini imzalayıb. Bankın Azərbaycan üzrə cari portfeli isə 911 mln. dollar təşkil edir. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir. Hazırda AYİB ilə Azərbaycan hökuməti arasında nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə dair danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR