Bank Of Baku

Azərbaycan SECO ilə əməkdaşlığı genişləndirir

Azərbaycan SECO ilə əməkdaşlığı genişləndirir
# 29 sentyabr 2009 11:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birgə bir sıra layihə həyata keçirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, QKDK bir neçə layihəni baxılmaq üçün artıq SECO-ya təqdim edib: «Ötən həftə keçirilən görüşlərdə QKDK tərəfindən SECO-ya institusional, texniki və digər sahələri əhatə edən 5 layihə təqdim olunub. İlkin danışıqların nəticəsi gələcəkdə SECO ilə əməkdaşlığın genişləndirilməsinə ümid verir».

R.Alsanlı həmçinin qeyd edib ki, layihələrdən ən irisi ictimai məlumatlandırma layihəsidir.

Qeyd edək ki, 2001-ci ildən etibarən Azərbaycanla əməkdaşlıq edən SECO ölkədə bir sıra sahənin inkişafı üçün 40 mln. dollar məbləğində maliyyə vəsaiti ayırıb. Hər il İsveçrə Azərbaycana müxtəlif sahələrin inkişafı üçün 6 mln. dollar məbləğində əvəzsiz yardım göstərir. Həmin sahələrə korporativ idarəetmə, lizinq, ilkin ipoteka, dövlət qiymətli kağızlar bazarı, intellektual mülkiyyət hüquqları və su təchizatı daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR