Bank Of Baku

Bu il Azərbaycanda toplanan sığorta haqlarının həcmi 123 mln. manata çatıb

Bu il Azərbaycanda toplanan sığorta haqlarının həcmi 123 mln. manata çatıb
# 29 sentyabr 2009 11:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 122,67 mln. manat təşkil edib. Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə verilmiş məcmu sığorta ödənişləri isə 33,94 mln. manata bərabər olub.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 0,532 mln. manat, qeyri-həyat sığortası üzrə 101,211 mln. manat, icbari sığorta növləri üzrə isə 20,927 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 0,307 mln. manat, qeyri-həyat sığortası üzrə 26,028 mln. manat, icbari sığorta növləri üzrə isə 7,605 mln. manat həcmində ödəniş aparılıb.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (20,498 mln. manat), «Ümumi mülki məsuliyyətin sığortası» (20,188 mln. manat), «Tibbi sığorta» (15,974 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (12,876 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarındakı payı müvafiq olaraq 16,7%, 16,5%, 13% və 10,5% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (10,769 mln. manat və ya 31,7% ), «Tibbi sığorta» (8,653 mln. manat və ya 25,5%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (6,601 mln. manat və ya 19,5% ) növləri üzrə ödənilib.

Qeyd edək ki, hazırda Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR