Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional potensialının gücləndirilməsi layihəsi üzrə Dünya Bankı ilə növbəti danışıqlar oktyabrda keçiriləcək

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional potensialının gücləndirilməsi layihəsi üzrə Dünya Bankı ilə növbəti danışıqlar oktyabrda keçiriləcək
# 29 sentyabr 2009 12:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Dünya Bankı (DB) arasında institusional potensialının gücləndirilməsi istiqamətində layihənin hazırlanmasına dair danışıqların növbəti raundu keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, cari ilin iyun ayında tərəflər arasında institusional potensialının gücləndirilməsi istiqamətində birgə layihənin hazırlanmasına dair ilkin danışıqlar keçirilib: «Danışıqların növbəti raundu isə oktyabrın əvvəlində olacaq ki, bu görüşdən sonra layihənin sənədlərinin hazırlanmasına başlanılacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR