Aşağıdakı cədvəldə ölkədəki sığorta təşkilatlarının daxilolmalar haqqında ətraflı məumat verilir:
(mln. manat)
| Sığortaçılar |
Sığorta haqları |
1 | Xalq Sığorta | 22,61 |
2 | Azərsığorta | 18,89 |
3 | Azalsığorta | 12,80 |
4 | Beynəlxalq Sığorta Şirkəti | 9,22 |
5 | Atəşgah | 9,06 |
6 | Paşa Sığorta | 7,81 |
7 | AzSığorta | 7,48 |
8 | Standard Insurance | 5,66 |
9 | A-Group | 5,12 |
10 | MBASK | 4,74 |
11 | Azərbaycan Sənaye Sığorta | 2,82 |
12 | Bakı Sığorta | 2,68 |
13 | AtaSığorta | 2,04 |
14 | Qarant Sığorta | 1,96 |
15 | Rəvan Sığorta | 1,60 |
16 | Başak-İnam | 1,50 |
17 | AIG Caspian | 1,29 |
18 | Günay Anadolu | 1,27 |
19 | Era Trans | 0,94 |
20 | BE&G | 0,72 |
21 | Alfa Sığorta | 0,69 |
22 | Thames İnsurance Group | 0,56 |
23 | Fidan Sığorta | 0,41 |
24 | Azərqarant | 0,36 |
25 | Atəşgah Həyat Sığorta | 0,17 |
26 | Əmrah Sığorta | 0,14 |
27 | Qala Sığorta | 0,07 |
28 | Azİnvest Sığorta | 0,06 |
| Y E K U N | 122,67 |
Cədvəldən göründüyü kimi sığorta təşkilatları sırasında ən çox sığorta haqqı «Xalq Sığorta» şirkətinin payına düşüb. Belə ki, bu şirkətin cari ilin yanvar-avqust aylarında topladığı sığorta haqlarının həcmi 22,61 mln. manat olub ki, bu da məcmu daxilolmaların 18,4%-ni təşkil edir.
Həmçinin, ilk üçlüyə «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (18,89 mln. manat və ya 15,4%) və «Azalsığorta» şirkəti (12,80 manat və ya 10,4%) daxil olub.
Qeyd edək ki, ən az daxilolma «Azİnvest Sığorta»nın payına düşüb ki, bu da ümumi sığorta haqlarının 0,05%-i deməkdir.
Xatırladaq ki, hazırda Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.