Bank Of Baku

«Nikoil» bankı müştərilərinə tibbi sığorta polislərini hədiyyə edib

«Nikoil» bankı müştərilərinə tibbi sığorta polislərini hədiyyə edib
# 29 sentyabr 2009 14:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Nikoil» Səhmdar İnvestisiya Bankı (SİB) özünün yeni ixtisaslaşmış mərkəzinin açılması məqsədi ilə bütün müştərilərinə könüllü tibbi sığorta polisləri hədiyy edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tibbi sığorta müqaviləsinə əsasən, müştərilər Azərbaycanın ən yaxşı tibb klinikalarının xidmətlərindən istifadə edə bilər.

Qeyd edək ki, təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil» İKB 1997-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı, 20 bankomatı və 25 POS-terminalı var. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 279,795 mln. manat, depozit portfeli 56,339 mln. manat, kredit portfeli 153,050 mln. manat, məcmu kapitalı 31,415 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,5 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR