Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub

Azərbaycan Beynəlxalq Bankı daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 29 sentyabr 2009 14:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) «Western Union» beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bu sistem vasitəsi ilə müştərilər 5-10 dəqiqə ərzində istənilən hesaba pul köçürə bilər. Sistem üzrə aparılan hər bir əməliyyat üzrə komissiya haqqı 2-3% təşkil edir.

Qeyd edək ki, «Western Union» sistemi bankın bütün filiallarında tətbiq ediləcək. Bu sistemdən başqa, bank «Blizko», «Contact», «Migom» və «Xpress-Money» pulköçürmə sistemlərinin üzvüdür.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Hazırda bankın respublika üzrə 37 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR