Bank Of Baku

Putin: Rublun kəskin ucuzlaşmasına yol verməməyə qadirik

Putin: Rublun kəskin ucuzlaşmasına yol verməməyə qadirik
# 29 sentyabr 2009 16:37 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiya hökuməti ölkənin maliyyə sistemini silkələnmələrdən qorumağa və rublun kəskin ucuzlaşmasına yol verməməyə qadirdir. “APA-Economics”in xəbərinə görə, bu bəyanatla Rusiya Federasiyasının baş naziri Vladimir Putin çıxış edib.
“Rusiya çağırır” adlı investisiya forumunda çıxış edən V.Putin bildirib ki, hazırda Rusiyanın qızıl-valyuta ehtiyatları 400 mlrd. dollar təşkil edir: “Əgər 1998-ci ildə Rusiya hökuməti kredit almaq üçün beynəlxalq maliyyə təşkilatlarına müraciət edirdisə, bu gün biz böhranın daha çox ziyan vurduğu ölkə və regionlara milyardlarla dollar yardım edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR