Bank Of Baku

Azərbaycanda korporativ idarəetmə standart və normalarına dair hesabatla bağlı təkliflər Dünya Bankına təqdim olunub

Azərbaycanda korporativ idarəetmə standart və normalarına dair hesabatla bağlı təkliflər Dünya Bankına təqdim olunub
# 30 sentyabr 2009 06:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfəti Aslanlı Bakıda səfərdə olan Dünya Bankının (DB) özəl sektorun inkişafı üzrə eksperti David Robinett ilə görüşüb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşün əsas məqsədi DB və Beynəlxalq Valyuta Fondu tərəfindən hazırlanan Azərbaycanda Korporativ İdarəetmə sahəsində Standart və Normalara dair Hesabatın (ROSC) müzakirə edilməsi və bu sahədə birgə Fəaliyyət Planının hazırlanmasına dair əməkdaşlıq imkanlarının müəyyən edilməsindən ibarət olub.

Azərbaycan üçün hazırlanmış ROSC hesabatının Korporativ İdarəetmə üzrə Qlobal Forumun tərkib hissəsi olduğunu qeyd edən D.Robinett eyni hesabatların DB tərəfindən 70-ə yaxın ölkədə həyata keçirildiyini bildirib.

Öz növbəsində R.Aslanlı ROSC hesabatının Azərbaycanda korporativ idarəetmə mədəniyyətinin formalaşmasında əhəmiyyətini qeyd edərək, hesabata dair QKDK-nın təkliflərini DB-nın nümayəndəsinə təqdim edib və sözügedən hesabatda qeyd edilən məsələlərin həlli istiqamətində birgə fəaliyyətə dair QKDK-nın hərtərəfli dəstək göstərilməsinə hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR