Bank Of Baku

«Nikoil» bankı Azərbaycanda konsaltinq xidmətləri göstərəcək

«Nikoil» bankı Azərbaycanda konsaltinq xidmətləri göstərəcək
# 30 sentyabr 2009 08:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda «Nikoil» İnvestisiya Kommersiya Bankının (İKB) ixtisaslaşdırılmış bölməsi olan «Nikoil Private Banking» «BM International» və «Region Consult» konsaltinq şirkətləri ilə əməkdaşlıq sazişləri bağlayıb. Bankın Bakıda yerləşən baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, beləliklə bankın müştəriləri əmlak, vergi, torpaq hüquqları, varisliklə bağlı konsaltinq xidmətlərini birbaşa bankın ofisində ala biləcəklər.

Qeyd edək ki, «Nikoil Private Banking» bölməsi VİP-müştərilərə xidmət göstərmək üçün yaradılan ixtisaslaşdırmış bölmədir.

Təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil» İKB 1997-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı, 20 bankomatı və 25 POS-terminalı var. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 279,795 mln. manat, depozit portfeli 56,339 mln. manat, kredit portfeli 153,050 mln. manat, məcmu kapitalı 31,415 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,5 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR