Bank Of Baku

Bu gün Düşənbədə MDB maliyyə nəzarəti orqanlarının iclası keçirilir

Bu gün Düşənbədə MDB maliyyə nəzarəti orqanlarının iclası keçirilir
# 30 sentyabr 2009 08:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Düşənbədə (Tacikistan) Müstəqil Dövlətlər Birliyi (MDB) maliyyə nəzarəti orqanlarının «Postsovet ölkələrinin qlobal maliyyə böhranından çıxış yolları» mövzusunda IX iclası işə başlayıb.

«APA-Economics»in məlumatına görə, tədbirdə Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və s. ölkələrdən nümayəndələrin iştirakı gözlənilir. Həmçinin, tədbirin proqramına uyğun olaraq bir neçə sənədin imzalanacağı nəzərdə tutulub.

Qeyd edək ki, tədbir çərçivəsində MDB maliyyə nəzarəti orqanlarına sədrlik Rusiya Hesablama Palatasından Tacikistanın Dövlət maliyyə nəzarəti və korrupsiya ilə mübarizə Agentliyinə keçəcək.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, tədbirə Azərbaycanı təmsil edəcək nümayəndə qatılmayıb.

Xatırladaq ki, MDB-nin maliyyə nəzarəti orqanı 2000-ci ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR