Bank Of Baku

«Turan Bank» SMS-məlumatlandırma xidmətini istifadəyə verib

«Turan Bank» SMS-məlumatlandırma xidmətini istifadəyə verib
# 30 sentyabr 2009 08:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankı (SKB) «ATM SMS notification enrolment» yeni SMS-məlumatlandırma xidmətini istifadəyə verib.

Bankın strateji planlama və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Tanrıverdiyevin «APA-Economics»ə verdiyi məlumata görə, bu xidmət ATM vasitəsi ilə ödəmə kartlarının mobil telefona bağlamaq və hər bir əməliyyat haqqında SMS almaq imkanı yaradır. Yenilik hazırda yalnız «Azercell» abunəçiləri üçün mümkündür.

R.Tanrıverdiyevin sözlərinə görə, bu xidmət vasitəsi ilə müştərilər təhlükəsizlik baxımından öz əməliyyatlarına nəzarət edə biləcəklər və xidmət müştərilərə pulsuz təklif olunur.

Qeyd edək ki, bu xidmət «Azericard» Prosessinq Mərkəzinin pulsuz xidmət paketinə daxil olduğu üçün müştərilərə pulsuz təklif olunur, lakin hər bir SMS üçün xidmət haqqı 0,10 manat və ya 22 konturdur.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (20%) və 20 fiziki şəxs olan (80%) «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı mövcuddur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 81,6 mln. manat, kredit portfeli 62,3 mln. manat, depozit portfeli 22,796 mln. manat, məcmu kapitalı 19,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 17 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR