Bank Of Baku

«AtaSığorta» şirkətinin daxilolmaları kəskin azalıb

«AtaSığorta» şirkətinin daxilolmaları kəskin azalıb
# 30 sentyabr 2009 09:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2009-cu ilin yanvar-avqust aylarında topladığı sığorta haqlarının həcmi 2,04 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 25% azdır.

«APA-Economics»in məlumatına görə, bununla yanaşı son bir ildə şirkətin ödənişlərinin həcmində də artım müşahidə olunur. Belə ki, bu ilin yanvar-avqust aylarında şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 400 min manat olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% çoxdur.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR