Bank Of Baku

Yeni ildən Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanacaq

Yeni ildən Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanacaq
# 30 sentyabr 2009 09:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları»nı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarı ilə elektron vergi hesab-fakturalarının mərkəzləşdirilmiş qaydada tətbiqi və uçotunun aparılması üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Vergilər Nazirliyinə 529 min manat məbləğində vəsait ayrılıb.

Nazirlər Kabineti həmçinin Maliyyə Nazirliyinə 2010-cu il 1 yanvar tarixinə istifadə edilməmiş vergi hesab-fakturalarının mövcud qanunvericiliyə uyğun ləğv edilməsi üçün müvafiq tədbirlər görməyi tapşırıb.

Qərara əsasən, 2010-cu il 1 yanvar tarixindən Azərbaycanda elektron vergi hesab-fakturalarının mərkəzləşdirilmiş qaydada tətbiqi və uçotunun aparılmasına başlanacaq.

«Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları»na görə, müvafiq tərtib edilməyən elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas verməyəcək. Elektron vergi hesab-fakturalarının seriyaları və nömrələri Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə aparılacaq. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs malları (işləri, xidmətləri) alan şəxsə vergi hesab-fakturasını elektron formatda təqdim edəcək.

Qaydalarda elektron vergi hesab-fakturasındakı məlumatların yerləşdirilməsi, uçotunun aparılması, elektron vergi hesab-fakturasının hazırlanması, doldurulması və s. göstərilib.

Qaydalara əsasən, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcı vergi ödəyicilərinə təqdim edilən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturasının təsdiq edilməsi tələb olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR