Bank Of Baku

Azərbaycanda əmanətlərin artımı davam edir

Azərbaycanda əmanətlərin artımı davam edir
# 30 sentyabr 2009 11:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş fiziki şəxslərin əmanətlərinin həcmi 2009-cu ilin sentyabr ayının 1-nə 2 024,1 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 197,9 mln. manat və ya 10,8% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən əmanətlərin həcmi 120,4 mln. manat və ya 6,3% artıb.

Qeyd edək ki, dünya maliyyə böhranı nəticəsində Azərbaycan bank sistemində yaranmış likvidlik probleminə görə cari ilin ilk rübü ərzində əmanətlərin ardıcıl azalması müşahidə olunub. Lakin sonrakı dövrdə tendensiya artıma doğru dəyişib. Nəticədə, ilin birinci rübündə azalmanın həcmi 131 mln. manat təşkil etdiyi halda, sonrakı 5 ay ərzində artım 251,4 mln. manata bərabər olub.

Əmanətlərin dinamikasında əhəmiyyətli amil ondan ibarətdir ki, artım müddətli əmanətlər üzrə müşahidə olunub. Belə ki, cari ilin əvvəlindən müddətli əmanətləri 182,8 mln. manat artdığı halda, tələb olunanadək əmanətlərin həcmi 62,4 mln. manat azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR