Bank Of Baku

«Parabank» iki yeni bank xidmətini istifadəyə verib

«Parabank» iki yeni bank xidmətini istifadəyə verib
# 30 sentyabr 2009 12:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) müştərilər üçün «Mobil banking» və «Card to card» xidmətlərini təqdim edib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmətlərlə yanaşı, artıq müştərilərə bir kartda debet və kredit funksiyasını daşıyan kartlar da təqdim edilib.

Bankdan bildirib ki, «Mobil banking» xidməti vasitəsi ilə müştərilər artıq kart hesablarının vəziyyəti, qalığı haqqında məlumatlar əldə edə biləcəklər. Həmçinin, «Card to card» xidməti vasitəsi ilə müştərilər öz kart hesabından digər kart sahibinin hesabına pul vəsaiti köçürə bilərlər.

Bundan başqa, bankın müştəriləri kredit və ya debet kartlarının növündən asılı olmayaraq «Azuricard» Prosessinq Mərkəzinin xidmətində olan 30 bank təşkilatının 560-a yaxın bankomatından vəsait çıxaran zaman xidməti haqqı ödəməyəcəklər.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 15 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR