Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Dünya maliyyə sistemi bərpa olunmaq yolundadır

Beynəlxalq Valyuta Fondu: Dünya maliyyə sistemi bərpa olunmaq yolundadır
# 30 sentyabr 2009 15:06 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq maliyyə sistemi bərpa olunmaq yolundadır, amma risklər hələ də qalır. APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun növbəti məruzəsində bildirilir.
BVF hesab edir ki, bankların kreditləşməni bərpa etməsi üçün onların balansları bərpa olunmalı, bununla bağlı əlavə tədbirlər görülməlidir. Əks halda, dünya maliyyə sistemi və iqtisadiyyatı üçün risklər arta bilər.
BVF analitiklərinin fikrincə, bankların tədricən kapital bazarına qayıtması və onların yenidən mənfəətlə işləməyə başlaması göstərir ki, dünya bank sistemi artıq kollaps həddində deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR