Bank Of Baku

Azərbaycan Mərkəzi Bankında SECO-nun eksperti ilə görüş keçirilib

Azərbaycan Mərkəzi Bankında SECO-nun eksperti ilə görüş keçirilib
# 01 oktyabr 2009 08:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) eksperti Ralf Dabs Azərbaycan Mərkəzi Bankında (AMB) görüş keçirib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, səfər zamanı AMB-də idarəetmə məsələləri, o cümlədən, strateji planlaşdırma, korporativ idarəetmə, menecmentin inkişafı proqramları mövzularında müzakirələr aparılıb. Eyni zamanda, yüksək rəhbərlik də daxil olmaqla, AMB-nin bütün rəhbər işçiləri üçün liderlik, məqsədli idarəetmə, səlahiyyətləndirmə mövzuları üzrə seminarlar keçirilib.

Qeyd edək ki, R.Dabsın Azərbaycana səfəri AMB-yə texniki yardım və treninq proqramının həyata keçirilməsi məqsədi ilə təşkil olunub.

Xatırladaq ki, R.Dabs uzun müddət İsveçrənin St. Qallen Universitetinin rektoru vəzifəsində çalışıb. Hazırda R.Dabs St.Qallen vilayəti parlamentinin üzvü, habelə 45 şirkət və təşkilatın İdarə Heyətinin üzvüdür.

AMB-dən bildirib ki, əməkdaşlıq çərçivəsində cari ilin noyabr ayında R.Dabsın Azərbaycana növbəti səfəri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR