Bank Of Baku

Azərbaycan bank sisteminin qeyri-faiz zərəri artırır

Azərbaycan bank sisteminin qeyri-faiz zərəri artırır
# 01 oktyabr 2009 09:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının vergi ödənilənədək mənfəətinin həcmi 2009-cu ilin yanvar-avqust ayları ərzində 206,74 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,54 mln. manat və ya 14,1% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yekun mənfəətin strukturunda xalis faiz mənfəətinin həcmi 380,93 mln. manat, xalis qeyri-faiz zərəri isə 100,16 mln. manata bərabər olub. Qeyd edək ki, son bir ildə bankların faiz mənfəəti 10%, qeyri-faiz zərəri isə 3,1 dəfə artıb.

Ümumilikdə, yanvar-avqust ayları ərzində kommersiya banklarının faiz gəlirləri 680,75 mln. manat, faiz xərcləri 299,8 mln. manat, qeyri-faiz gəlirləri 169,1 mln. manat, qeyri-faiz xərcləri 269,3 mln. manat, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar isə 73,7 mln. manat təşkil edib.

Göründüyü kimi, bankların qeyri-faiz əməliyyatları üzrə fəaliyyəti hələ də yalnız zərər vurur və bu zərərin miqdarı kəskin artmaqdadır. Qeyd edək ki, qeyri-faiz əməliyyatlarına köçürmələr, hesabın açılması, mübadilə və bu kimi s. bank xidmətləri aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR