Bank Of Baku

Azərbaycanla Qazaxıstan arasında 5 sənəd imzalana bilər

Azərbaycanla Qazaxıstan arasında 5 sənəd imzalana bilər
# 01 oktyabr 2009 10:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyası Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana gözlənilən rəsmi səfəri çərçivəsində iki ölkənin dövlət başçılarına 5 sənədin imzalanmasını təklif edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının Qazaxıstan tərəfdən həmsədri olan energetika və təbii sərvətlər naziri Sauat Mınbayev bildirib.

Onun sözlərinə görə, dövlət başçılarına təqdim olunacaq sənədlər kənd təsərrüfatı, baytarlıq sahələrində birgə əməkdaşlıq, Azərbaycanla Qazaxıstan vətəndaşlarının vizasız rejim üzrə səfəri, iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığında 1992-1993-cü illərdə yaranan borcun ödənilməsi, həmçinin Sumqayıt və Aktau şəhərləri arasında əlaqələrin yaradılması məsələləri əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR