Bank Of Baku

Dünya Bankının Azərbaycanda həyata keçirdiyi layihələrin icrası aktivləşdiriləcək

Dünya Bankının Azərbaycanda həyata keçirdiyi layihələrin icrası aktivləşdiriləcək
# 01 oktyabr 2009 11:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında Azərbaycanda icra olunan və DB tərəfindən maliyyələşdirilən layihələrin portfelinin təhlili aparılıb.

DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, tərəflər Bank tərəfindən Azərbaycana ayrılan maliyyə vəsaitinin istifadəsinin aktivləşdirilməsinə dair razılığa gəlib. Bundan başqa, tərəflər maliyyə vəsaitinin istifadəsinin aktivləşdirilməsi üçün həyata keçiriləcək tədbirlər üzrə birgə protokol hazırlayıb və daha sonra imzalayacaq.

Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 50 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dollarından artıq maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR