Bank Of Baku

«A-Group» şirkəti bazara yeni tibbi sığorta proqramını təqdim edib

«A-Group» şirkəti bazara yeni tibbi sığorta proqramını təqdim edib
# 01 oktyabr 2009 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkəti müştərilərə tibbi sığorta üzrə «Fərqli» adlı yeni sığorta polisi təqdim edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, fiziki və hüquqi şəxslər üzrə sığortanın maksimum məbləği 3 min manat, maksimum ödəniş isə 100 min dollar həcmində müəyyənləşdirilib.

Şirkətdən bildirib ki, «Fərqli» adlı sığorta polisində bir sıra xəstəlik və xidmətlər göstərilir ki, bunlara diabet, xərçəng, qan xəstəlikləri, dərman preparatlarının evə çatdırılması və müştəriyə evdə həkim məsləhətinin verilməsi daxildir.

Qeyd edək ki, sığortalının istəyindən asılı olaraq yuxarıda göstərilən xəstəlikləri və xidmətləri seçərkən bu zaman müştəri sığorta məbləğinin və sığorta ödənişinin həcmini azalda bilər.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manat təşkil edir. Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR