Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Bu il Azərbaycanda inflyasiya 2,2% olacaq

Beynəlxalq Valyuta Fondu: Bu il Azərbaycanda inflyasiya 2,2% olacaq
# 01 oktyabr 2009 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yekununda Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri indeksinin 2,2% yüksələcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondu (BVF) özünün yenilənmiş hesabatında proqnozlaşdırıb.

Proqnozlara əsasən, 2009-cu ildə Azərbaycanda inflyasiyanın 2,2%, 2010-cu ildə 5,3%, 2014-cü ildə isə 6% təşkil edəcəyi gözlənilir.

Bu ilki inflyasiyanın səviyyəsinə görə MDB ölkələri arasında Ukrayna liderlik edəcək ki, burada inflyasiyanın tempinin 14% təşkil edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, cari ilin sonunda Belarusda istehlak mallarının qiymətləri və xidmət tariflərinin 11%, Rusiyada 11%, Özbəkistanda isə 10,2% artacağı gözlənilir.

Qeyd edək ki, ötən il Azərbaycanda inflyasiyanın səviyyəsi 20,8% təşkil edib. Bu ilin ilk səkkiz ayı ərzində isə ölkədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,6% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR