Bank Of Baku

Azərbaycan bu il iqtisadi inkişaf tempinə görə MDB-də lider olacaq

Azərbaycan bu il iqtisadi inkişaf tempinə görə MDB-də lider olacaq
# 01 oktyabr 2009 14:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yekununda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempinin 7,5% təşkil edəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondu (BVF) özünün yenilənmiş hesabatında proqnozlaşdırıb.

Proqnozlara əsasən, 2009-cu ildə Azərbaycan ÜDM-in illik artım tempinə görə MDB ölkələri arasında lider mövqedə qərarlaşacaq. Lakin 2010-cu ildə Azərbaycanda ÜDM-in artım tempi 7,4% təşkil edəcək ki, bu da MDB məkanında yalnız Türkmənistanın analoji göstəricisindən az olacaq.

Hesabatda həmçinin bildirilir ki, 2014-cü ildə Azərbaycanda iqtisadi inkişaf tempinin 0,9% təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda ÜDM-in artım tempi 5% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR