Bank Of Baku

«AccessBank» gələn Azərbaycanda iki yeni regional filial açacaq

«AccessBank» gələn Azərbaycanda iki yeni regional filial açacaq
# 02 oktyabr 2009 07:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankı (SKB) növbəti il ərzində Azərbaycanın regionlarında daha iki filial açmaq niyyətindədir.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filiallardan biri Göyçay, digəri isə Bərdə rayonunda açılacaq. Hər iki filialın açılması məsələsi bankın səhmdarları tərəfindən müzakirə edilib və növbəti illər üçün hazırlanmış strateji plana əlavə edilib. Qeyd edək ki, hazırda bankın respublika üzrə 23 filialı fəaliyyət göstərir.

Xatırladaq ki, «AccessBank» SKB 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabrında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR