Bank Of Baku

«Royal Bank» yeni beynəlxalq pulköçürmə sistemə qoşulacaq

«Royal Bank» yeni beynəlxalq pulköçürmə sistemə qoşulacaq
# 02 oktyabr 2009 08:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Açıq Səhmdar Cəmiyyəti (ASC) yaxın vaxtlarda daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulacaq.

Bankın Plastik kartlar Departamentinin direktoru Fərid Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, «Asian Express» adlanan bu sistemə Azərbaycanda ilk dəfə olaraq «Royal Bank» qoşulur: «Hazırda həmin sistemə qoşulmaq istiqamətində «Asian İnvest» bankı ilə danışıqlar aparılır. Belə ki, həmin bankda müxbir hesabın açılmasından sonra müvafiq sənədləşmənin aparılmasına başlanılacaq».

F.Həsənov bildirib ki, əgər sertifikasiya prosesi bu sürətlə davam edərsə, artıq yaxın bir ay ərzində sistemə qoşulmaq mümkün olacaq. Ümumiyyətlə, bankın planına uyğun olaraq, sistem üzrə xidmətlərə cari ilin sonunadək başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda «Royal Bank» ASC «Western Union», «Contact», «Lider», «Coinstar», «Bıstraya Poçta», «Migom» və «Zolotaya Korona» sistemlərinin üzvüdür.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 125,395 mln. manat, depozit portfeli 50,374 mln. manat, kredit portfeli 86,273 mln. manat, məcmu kapitalı 21,618 mln. manat, o cümlədən nizamnamə kapitalı 19,912 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR