Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyi sığortaçılar üçün keçirdiyi imtahanların nəticələrini açıqlayıb

Azərbaycan Maliyyə Nazirliyi sığortaçılar üçün keçirdiyi imtahanların nəticələrini açıqlayıb
# 18 fevral 2010 14:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığortaçıların rəhbər vəzifələrinə namizədlər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, imtahanda iştirak etmiş 12 nəfər rəhbər vəzifəyə namizəd olan şəxsdən qeyd olunan qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 9 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 19 nəfər fiziki şəxsdən isə 8 nəfəri attestasiyadan müvəffəqiyyətlə keçib.

Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinə və Azərbaycan Maliyyə Nazirliyinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi» qaydalarına uyğun keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR