Bank Of Baku

«AtaBank» «Visa Elektron Vertical» plastik kartlarının emissiyasına başlayıb

«AtaBank» «Visa Elektron Vertical» plastik kartlarının emissiyasına başlayıb
# 18 fevral 2010 15:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AtaBank» ASC “VİSA” beynəlxalq ödəniş sisteminin şaquli plastik kartlarını emissiya edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, MDB-də ilk dəfə olaraq üzərində təsvir və bütün məlumatlar şaquli olaraq verilmiş bu kartlar «Visa Elektron Vertical» plastik kartları adlanır.

Qeyd edək ki, «AtaBank» VİSA beynəlxalq ödəniş sisteminin 2004-cü ildə assosiativ üzvü olub. Bank 2006-cı ildən qurumun prisipial üzvüdür.

Xatırladaq ki, «AtaHolding»ə daxil olan «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 199,343 mln. manat, depozit portfeli 166,837 mln. manat, kredit portfeli 127,388 mln. manat, məcmu kapitalı 25,130 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Bankın hazırda 18 filialı, 50 bankomatı, 289 POS-terminalı və 268 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR