Bank Of Baku

Azərbaycanda RSI indeksi yanvarda kəskin azalıb

Azərbaycanda RSI indeksi yanvarda kəskin azalıb
# 19 fevral 2010 07:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2010-cu ilin yanvar ayı üzrə 75,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks ötən ilin dekabr ayında 133,8%, noyabrda isə 97,7%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Belə ki, cari ilin yanvar ayında ümumi pərakəndə dövriyyəsi 1 016,4 mln. manat, dekabrda 1 338,6 mln. manat, noyabrda 1 000,8 mln. manat, oktyabrda isə 1 024,8 mln. manat təşkil edib.

Göründüyü kimi, indeksin yanvar ayında kəskin azalmasının əsas səbəbi dekabr ayında pərakəndə dövriyyəsinin kəskin artımı olub ki, bu da öz növbəsində dünya praktikasında da istehlak bazarı üçün normal haldır və ilk növbədə Yeni İl bayramı (dünyanın bəzi ölkələrində həmçinin Milad bayramını daxil olmaqla) ilə əlaqədar pərakəndə satışın artmasının nəticəsidir.

Ümumilikdə, RSI indikatorunun 100%-dən aşağı olması hesabat ayı ərzində əhali tərəfindən alınan malların həcmi və ya dəyərinin əvvəlki ayla müqayisədə azalmasını göstərir ki, bu da istehlak bazarında əsas geriləmə göstəricilərindən biridir. Lakin yanvarın dekabrla müqayisədə adətən mənfi dinamika göstərməsi əsasında hər hansı tendensiya xarakterli nəticələr çıxarmaq düzgün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR